O’Brayen: Çin prezidenti Si Cinpin Sibiri geri almağı hədəfləyir – VİDEObackend

O’Brayen: Çin prezidenti Si Cinpin Sibiri almağı hədəfləyir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın keçmiş köməkçisi O’Brayen Sibirin geri qaytarılmasına dair Si Cinpinin istəyinə münasibərt bildirib.

İnterpress.az xəbər verir ki, Trampın keçmiş köməkçisi O’Brayen bu barədə  ABŞ mediasına açıqlamasında bildirib.

O deyib ki, Çin prezidenti Si Cinpin Sibiri geri almağı hədəfləyir.

O’Brayen Si Cinpini Putinə qarşı “oynayan pişik” adlandırıb:

” Si Cinpin Putinin pəncəsi ilə oynayan pişikdir”.

Onun sözlərinə görə, XIX əsrin sonlarında ruslar Çin torpaqlarının milyonlarla akrını ələ keçirmişdi və Si Cinpin bu əraziləri geri almaq istəyir – demək olar ki, bütün Sibiri, eləcə də Hong Konq, Makao və Tayvanı.

O’Brayen vurğulayıb ki, Si Cinpin Putinə “Xoş gəlmisən kluba, Sibir hardadır?” deyə işarə edir və Putin bunu başa düşür.

Eks-köməkçi əlavə edib ki, Putin “Çin kartını” Trampa qarşı oynamağa çalışır, amma bu kart zəifdir və nəticə verməyəcək.

Xuraman Etibarlı

İnterpress.az