Mağaza sahibi alman istehsalı etibarlı mühafizə sistemi quraşdırıb.
İnterpress.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb.
Mağazaya daxil olan naməlum şəxslər, görünür, qabaqcadan plan qurmayıblar və bəzi “xırda detalları” unudublar.
Belə ki, mağaza sahibi mühafizə üçün yüksək səviyyəli, alman istehsalı olan qaz buraxıcı siqnalizasiya sistemi quraşdırıb.
Oğrular içəri girən kimi sistem işləyib və otağa gözyaşardıcı qaz buraxılıb.
Qaz maskası gətirməyi unudan şəxslər bir neçə saniyə sonra mağazanı tərk etmək məcburiyyətində qalıblar.
Hadisə nəticəsində heç bir əmlaka ciddi ziyan dəyməyib, amma mühafizə sisteminin effektivliyi bir daha sübut olunub və internetdə geniş zarafatlara yol açıb.
Xuraman Etibarlı
İnterpress.az