Oleq Kuznetsov: “Bu təxribat Ermənistanda illərdir yaradılan açıq nasist rejiminin təbii ifadəsidir”backend

Oleq Kuznetsov: “Bu təxribat Ermənistanda illərdir yaradılan açıq nasist rejiminin təbii ifadəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ordusunun bazar günü sübh vaxtı Azərbaycanın mülki əhalisinə raket və artilleriya zərbələri endirməsi istər-istəməz mənə 1941-ci ilin 22 iyun tarixini – Hitler Almaniyasının qoşunlarının xaincəsinə, müharibə elan etmədən və bazar günü SSRİ-yə hücum etməsini xatırladır”.

Bu barədə rusiyalı politoloq Oleq Kuznetsov özünün “Facebook” səhifəsində paylaşım edib.

O.Kuznetsov paylaşımda ideoloji nasist Qaregin Njdenin davamçılarından bundan başqa heç nə gözləmək olmaz deyə qeyd edib:

“Tarixin də göstərdiyi kimi, nasizm və faşizm hansı milli əsaslarda formalaşdırılıb inkişaf etməsindən asılı olmayaraq, həmişə və hər yerdə nifrət, təcavüz və müharibə yolunu tutur. 27 sentyabr 2020-ci il tarixdə bazar günü səhər saatlarında baş verənlər gec-tez yaşanmalı idi, çünki bu, müasir Ermənistanda illərdir yaradılmış və mövcud olan açıq nasist rejiminin mahiyyətinin təbii ifadəsidir.

Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə etməyə məcburdur, onun müharibəsi ədalətli və düzgündür. Ümid edirəm ki, bu ölkənin ən yeni tarixinə “Qurtuluş” və ya hətta “Vətən” müharibəsi adı ilə daxil olacaq. Azərbaycan ordusuna qələbə, Azərbaycan xalqına isə cəsarət arzulayıram”.