Olimpiya və dünya çempionu İvan Yedeşko vəfat etdibackend

Olimpiya və dünya çempionu İvan Yedeşko vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ basketbolunun əfsanəsi, Münxen Olimpiadasının qəhrəmanı İvan Yedeşko vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

SSRİ basketbol yığmasının əfsanəvi ulduzu və tarixi qələbənin müəllifi İvan Yedeşko 81 yaşında dünyasını dəyişib. Məhz onun 1972-ci il Münxen Olimpiadasının finalında bütün meydança boyu Aleksandr Belova verdiyi həlledici və tarixi ötürmə sayəsində sovet komandası ABŞ millisini məğlub edərək qızıl medal qazanmışdı.

İvan Yedeşko zəngin peşəkar karyerası ərzində təkcə olimpiya çempionu deyil, həm də dünya çempionu və ikiqat Avropa çempionu adını qazanıb. O, idmançı karyerasını başa vurduqdan sonra uzun illər tanınmış məşqçi kimi fəaliyyət göstərib.

Görkəmli idmançı basketbol sahəsindəki böyük xidmətlərinə görə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Şərəf Zalına daxil edilmişdi. Onun vəfatı Rusiya və dünya idman ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.

Xuraman Etibarlı

İnterpress.аz