Ölkədə qeyri-rəsmi nikahların sayı çoxdurbackend

Ölkədə qeyri-rəsmi nikahların sayı çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikahların sayı iki dəfə azalsa da, boşanma hallarının göstəricisi dəyişmir.

İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

Ombudsman qeyri-rəsmi nikahların sayının az olmadığını vurğulayıb:

“Belə ailələrdə doğulan uşaqların taleyi isə sonradan risk altında olur. Operativ qaydada həlli vacib olan ailə münaqişələri zamanı biz bəzən rəsmi prosedurları gözləmədən Ədliyyə Nazirliyinə müraciət edirik”.