İranın Məşhəd şəhərində 7 kiloqram çəkidə körpə doğulub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İran dövlət televiziyasına danışan Məşhəd Rezevi Xəstəxanasının Ginekologiya və Doğum Mütəxəssisi Dr. Nigar Ramazanpur mövzu ilə bağlı məlumat verib.
Ramazanpur 4 gün əvvəl dünyaya gələn körpənin 7 kiloqram olduğunu bildirib.
İranın “ən ağır” körpəsinin keysəriyyə ilə doğulduğunu ifadə edən Dr. Ramazanpur bildirib ki, körpənin çəkisi anasının şəkər xəstəsi olması ilə əlaqədardır.
Körpənin ailənin 5-ci övladı olduğunu deyən iranlı həkim onun cinsi və adı ilə bağlı məlumat verməyib.