Oolong çayı Alzheimer, artrit və diabetdən qoruyur.
İnterpress.az xəbər verir ki, bununla bağlı Tayvanlı alimlər afraşdırma aparıb.
Alimlər aşkar ediblər ki, oolong ekstraktı orqanizmi hüceyrə səviyyəsində qoruyur: o, iltihaba və hüceyrələrin məhvinə səbəb olan NLRP3-iltihablı zülal kompleksini bloklayır.
Təbii antioksidantları sayəsində oolong çayı zərərli molekulların səviyyəsini azaldır və ibuprofen kimi fəaliyyət göstərir, lakin mədə qıcıqlandırıcısı yoxdur.
Xuraman Etibarlı
İnterpress.az