“Oskar”da şillələnən aparıcı danışdıbackend

“Oskar”da şillələnən aparıcı danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Los-Ancelesdə 94-cü “Oskar” kino mükafatının təqdimetmə mərasimində aktyor Uill Smit tərəfindən şillələnən aparıcı Kris Rok insidentlə bağlı danışıb.

İnterpress.az xəbər verir ki, o, Bostonda çıxışı zamanı deyib:

“Baş verən hadisə məni çox da narahat etmir… Mən hələ də baş verənləri dərketmə prosesindəyəm. Ona görə də mən nə vaxtsa bu …. qayıdacağam və onun haqda danışacağam. Bu ciddi və gülməli olacaq”.

Xatırladaq ki, “Oskar”da K. Rok U. Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pinkett-Smitti “Əsgər Ceyn”lə müqayisə edib. Buna görə U. Smit K. Roku şillələyib, sonra isə üzr istəyib və haqlı olmadığını deyib.