Oteldə 7 uşaq xlordan ZƏHƏRLƏNDİ: 4-ünün vəziyyəti AĞIRDIR – FOTObackend

Oteldə 7 uşaq xlordan ZƏHƏRLƏNDİ: 4-ünün vəziyyəti AĞIRDIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada oteldə 7 uşaq xlor zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib, dördü reanimasiya şöbəsinə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Anapada “Morea Family Resort & Spa” otelində 7 uşaq xlor zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib, dördünün vəziyyəti ağırdır.

Hadisə oteldə turistlərin hovuzda üzərkən ammonyak qoxusu hiss etməsi ilə başlayıb.

Uşaqlar və digər üzənlərdə zəiflik, qusma və güclü öskürək kimi zəhərlənmə simptomları yaranıb.

Otel administrasiyası dərhal tibbi yardım çağırmayıb, nəticədə uşaqlar xəstəxanaya çatdırılıb.

İstirahətçilərin sözlərinə görə, otel rəhbərliyi onlardan üzr istəməyib, təzminat təklif etməyib.

Xuraman Etibarlı

İnterpress.az