Ermənistanın Azərbaycan və Türkiyə ilə birləşəcək dəmir yolu xətləri bərpa olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat yayıb.
Moskva və İrəvan Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəsini təmin edəcək iki dəmir yolu sahəsinin bərpası ilə bağlı predmetli danışıqlara başlayacaq.
Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib ki, bu qərar Ermənistan tərəfinin rəsmi müraciəti əsasında qəbul edilib.
Məlumata görə, bərpa olunacaq xətlər Ermənistan dəmir yollarının Arazdəyən (Yerasx) kəndi yaxınlığında Azərbaycan Respublikasının dəmir yolları ilə, Axuryan yaşayış məntəqəsi yaxınlığında isə Türkiyə Respublikasının dəmir yolları ilə birləşməsini təmin edəcək.
Rusiya rəsmisi vurğulayıb ki, Rusiya Federasiyası bu məsələdə Ermənistan xalqına olan dostluq münasibətlərindən çıxış edərək hərəkət edir.
Xuraman Etibarlı
İnterpress.az






