Özbəkistan respublikaların sərhədində iki Qırğızıstan vətəndaşının ölümünə münasibət bildirib.
İnterpress.az xəbər verir ki, Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin Sərhəd Qoşunları Qırğızıstan vətəndaşlarının iki nəfərinin sərhəd zonasında öldüyünü təsdiqləyib.
Məlumata görə, avqustun 15-də Daşkənd vilayətinin sərhəd zonasında iki naməlum şəxs qeydə alınıb.
Onlar sərhədçilərin dayanmaq barədə tələbinə və havaya açılan xəbərdarlıq atəşlərinə məhəl qoymayaraq dövlət sərhədinə doğru hərəkəti davam etdiriblər. Bu səbəbdən sərhədçilər onlara atəş açıb.
Yaralılara tibbi yardım göstərilsə də, həyatlarını xilas etmək mümkün olmayıb.
Hadisə yerində hər iki respublikanın sərhəd qurumlarının iştirakı ilə aparılan birgə yoxlamadan sonra Özbəkistan sərhədçilərinin hərəkətlərinin qanun çərçivəsində olduğu təsdiqlənib.
Tərəflər oxşar halların qarşısını almaq üçün sərhədyanı rayonların sakinləri ilə maarifləndirici iş aparmaq barədə razılığa gəliblər.
Xuraman Etibarlı
İnterpress.az