Özbəkistanda fələstinli xəstələrin adaptasiyası üçün komissiya yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Özbəkistanda fələstinli xəstələrin və onları müşayiət edən şəxslərin ölkədə həyata adaptasiyası prosesini əlaqələndirəcək Respublika komissiyası yaradılıb.
Komissiyaya prezidentin müşaviri Umurzakov rəhbərlik edir.
Komissiya tibbi yardımın təşkili, yaşayış şəraitinin yaradılması, sosial-hüquqi dəstəyin göstərilməsi, habelə beynəlxalq və humanitar təşkilatlarla qarşılıqlı fəaliyyətlə məşğul olacaq.
Xuraman Etibarlı
İnterpress.az