Özbəkistanda iğtişaşlar: 18 ölü, 243 yaralıbackend

Özbəkistanda iğtişaşlar: 18 ölü, 243 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında baş vermiş kütləvi iğtişaşlar zamanı 18 nəfər həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb. Aksiyalar nəticəsində 243 nəfər yaralanıb, onlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.