Özünü FHN əməkdaşı kimi təqdim edərək Türkiyədə mükafat alan şəxs Azərbaycanda axtarışdadır – YENİLƏNİB + FOTObackend

Özünü FHN əməkdaşı kimi təqdim edərək Türkiyədə mükafat alan şəxs Azərbaycanda axtarışdadır – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə özünü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Marmaris bələdiyyəsi tərəfindən mükafatlandırılan Rasim Əhmədli Azərbaycanda axtarışdadır.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumata görə, Rasim Əhmədli bir müddət əvvəl Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verilib.

Hazırda o, axtarışdadır.

Aqil Vəlili

11:48

Türkiyədə Marmaris bələdiyyəsinin mükafatlandırdığı şəxs (Rasim Əhmədli) Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-nin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Marmaris bələdiyyəsi özünü Azərbaycandan olan, polkovnik rütbəli yanğınsöndürən kimi təqdim edən şəxsi mükafatlandırıb.

Yayılan məlumatda bildirilir ki, bələdiyyə həmin şəxsi bu ilin yayında Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsindəki xidmətlərinə görə mükafatlandırıb.

Bu məlumat Türkiyə mətbuatında qalmaqallı xəbər kimi işıqlandırılıb.

Ancaq həmin şəxsin FHN sisteminə bağlılığı yoxdur.

Onun əynində xüsusi təyinatlı qüvvələrin səhra geyimi var. Qoluna isə hərbi nizamnamədə nəzərdə tutulmayan qaydada şevronlar taxılıb.

Çiynindəki poqon isə səhra geyim formasına uyğun deyil.