Pakistanın Hayber Paxtunva əyalətində məktəb yaxınlığında törədilən bombalı hücumda 3-ü uşaq olmaqla 6 mülki şəxs yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ölkə mətbuatında yer alan xəbərə görə, Pişəvər şəhərində yol kənarına qoyulmuş bomba partlayıb.
Məktəb yaxınlığındakı bombalı hücumda 3-ü uşaq olmaqla 6 mülki şəxs yaralanıb.
Səlahiyyətlilər, 7-10 yaşları arasında olan uşaqlardan ikisinin vəziyyətinin ağır olduğunu, partlayış nəticəsində bir çox avtomobil və binaya ziyan dəydiyini bildirib.
Hücumda 4 kiloqram partlayıcıdan istifadə edildiyinə diqqət çəkən səlahiyyətlilər, məsul şəxslərin tutulması üçün əməliyyat başladıldığını qeyd edib.
Bu il Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.
İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.