Pakistanın Pəncab əyalətində məktəb avtobusuna silahlı hücum olub.
İnterpress.az TASS-a istinadən bildirir ki, hadisə nəticəsində ən azı iki uşaq ölüb, beş nəfər isə yaralanıb.
Məlumata görə, insident hücum edənlərin məktəb avtobusunun sürücüsünə qarşı şəxsi düşmənçiliyi səbəbindən baş verib. Aldığı xəsarətlərə baxmayaraq, sürücü sağ qalıb.
Qeyd edək ki, polis və şəhər rəhbərliyi hadisə yerindən qaçan cinayətkarları axtarışa verib.
Pakistan Prezidenti Asif Əli Zərdari hücumu pisləyib və təqsirkarlara qarşı sərt tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.