Pakistanlı sidiyi Rusiyada müalicəvi vasitə kimi SATIB – FOTObackend

Pakistanlı sidiyi Rusiyada müalicəvi vasitə kimi SATIB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanlı kişi iki il ərzində Rusiyada öz sidiyini “dərman məhsulu” kimi satıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada 21 yaşlı Pakistan vətəndaşı iki il ərzində öz sidiyini dəvə sidiyi adı ilə “müalicəvi vasitə” kimi satıb.

Məsələ alıcılardan birinin məhsulun dadından şübhələnib polisə müraciət etməsindən sonra üzə çıxıb.

Araşdırma zamanı məlum olub ki, satıcı uzun müddət ərzində bu üsulla insanları aldadaraq qazanc əldə edib.

Şübhəli saxlanılıb, onun barəsində dələduzluq maddəsi ilə istintaq aparılır.

Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub.

Xuraman Etibarlı

İnterpress.az