Pandemiyadan sonra dünya ciddi problemlərlə üzləşəcək“ – ÜSTbackend

Pandemiyadan sonra dünya ciddi problemlərlə üzləşəcək“ – ÜST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus COVID-19 pandemiyasının sona çatmasından sonra dünyanın üzləşəcəyi ciddi qlobal nəticələri sadalayıb.

ÜST-in baş direktoru bildirib ki, hər şey bitdikdən sonra dünya pandemiyanın başlamasından əvvəl daha əhəmiyyətli olan ciddi problemlərlə və çətinliklərlə üzləşəcək:

“Bunlar yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər və iqlim dəyişikliyidir. Koronavirus pandemiyası göstərdi ki, sağlamlıq risk altında olanda hər kəs risk altındadır.”

ÜST rəhbəri, həmçinin sağlamlığın dəyərinin qavranılmasında “fundamental dəyişikliyə” çağırıb.