Paris–İrəvan reysi havaya qalxdıqdan iki saat sonra geri qayıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Transavia aviaşirkətinə məxsus Paris–İrəvan reysi havaya qalxdıqdan iki saat sonra geri dönərək “Paris-Orli” hava limanına enib.
Məlumata görə, təyyarə İrəvana 16:10-da çatmalı idi. Lakin Flightradar24 portalının məlumatına əsasən, hava gəmisi Paris üzərində 6 dairə vurduqdan sonra yerli vaxtla 11:37-də təcili eniş edib.
Xuraman Etibarlı
İnterpress.az