Paşinyan: 2026-cı ildə Ermənistan siyasətində oliqarxlar və keçmiş prezidentlər olmayacaqbackend

Paşinyan: 2026-cı ildə Ermənistan siyasətində oliqarxlar və keçmiş prezidentlər olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ildən sonra Ermənistan siyasətində oliqarxlar və keçmiş prezidentlər olmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında məlumat verib.

Hökumət başçısı ölkənin xarici siyasəti və qarşıdan gələn seçkilər barədə danışarkən bildirib ki, Rusiyada Ermənistanın Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamasında maraqlı olmayan müəyyən dairələr var.

Onun sözlərinə görə, müstəqil Ermənistan həmin dairələrin regiondakı təsirini azaldır.

“Əgər düşmənçilik yaranarsa, Ermənistan Rusiya ilə daha da yaxınlaşmağa məcbur olacaq”, – Paşinyan vurğulayıb.

Baş nazir müstəqil Ermənistan ideyasının bəzi xarici güclər tərəfindən xoş qarşılanmadığını qeyd etsə də, Rusiya rəhbərliyinin, o cümlədən Putin və Mişustinin münaqişələrin daimi təhriki ideyasını dəstəkləmədiyini bildirib.

O, daxili siyasi vəziyyətə toxunaraq deyib: “Seçkilər zamanı vətəndaşlar öz gözlərinə və ya Zatulinin gözlərinə inanmaq arasında seçim etməli olacaqlar. 2026-cı ildən sonra siyasətlə məşğul olan oliqarx və ya keçmiş prezident görməyəcəksiniz – hamısı devriləcək”.

Paşinyan həmçinin yaxın gələcəkdə Tehrana səfərin planlaşdırıldığını və İranla mümkün saziş üzərində müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Partiya məsələlərinə gəlincə, Baş nazir bildirib ki, “Mülki Müqavilə” partiyasının namizədi daxili səsvermə ilə müəyyən ediləcək, seçki proqramı isə aprelin əvvəlində təsdiqlənəcək.

Xuraman Etibarlı

İnterpress.az