Paşinyan sabah Azərbaycanla sərhədə gələcək.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sabah, avqustun 2-də Tavuş vilayətinə səfər edəcək. O, doğulduğu İcevana, eləcə də sərhədi müəyyən edilmiş yaşayış məntəqələrinə, xüsusilə Kirantsa baş çəkməyi planlaşdırıb.
“Bölgədəki mənbələrimizdən öyrəndik ki, onlar baş naziri layiqincə qarşılamaq, populyar səhnələri təmin etmək, Paşinyanın xalqın məhəbbətindən və etimadından bəhrələnməsi görüntüsü yaratmaq üçün bir həftəyə yaxındır ki, səfərə hazırlaşıblar.
Qubernatordan başqa, İcevan Şərab və Konyak Zavodunun sahibi də xüsusi fəallıq nümayiş etdirir, Paşinyanla görüşə öz adamlarını toplayır”, – erməni mediası yazıb.
Xuraman Etibarlı
İnterpress.az