Pekin Trampın Çin, Rusiya və Şimali Koreya barədə açıqlamalarını təkzib edib.
İnterpress.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qu Cıakun ABŞ prezidenti Donald Trampın “Si Szinpin, Putin və Kim Çen In ABŞ-yə qarşı sui-qəsd planlayır” açıqlamalarını rədd edib.
Qu Cıakun bildirib ki, Çin xarici qonaqları ölkədə keçirilən tədbirlərdə iştirak etməyə dəvət edir və diplomatik əlaqələrin inkişafı heç vaxt üçüncü tərəfə qarşı yönəlmir.
Xuraman Etibarlı
İnterpress.az