İrkutskda əcnəbi vətəndaş aslan dırnaqlarını ölkədən çıxarmağa cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İrkutskdan Pekinə uçan 47 yaşlı əcnəbi sərnişinin çamadanında rentgen yoxlanışı zamanı şübhəli əşyalar aşkarlanıb.
Yoxlama zamanı məlum olub ki, sərnişin özü ilə aslan dırnaqları aparmağa cəhd edib.
Əlavə olaraq bildirək ki, bu heyvanlar beynəlxalq səviyyədə mühafizə olunduğu üçün onların bədən hissələrinin daşınması qadağandır.
Nəticədə gömrük əməkdaşları sərnişinin xaricə aparmaq istədiyi beş ədəd aslan dırnağını müsadirə ediblər.
Xuraman Etibarlı
İnterpress.az






