Tramp sabah Pentaqonun adının “Müharibə Departamenti” dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp sabah fərman imzalayaraq Pentaqonun adının dəyişdirilməsini nəzərdə tutur.
Sənədə əsasən, Müdafiə Nazirliyi “Müharibə Nazirliyi” adlandırılacaq.
Trampın bu qərarı ölkədə və beynəlxalq arenada ciddi müzakirələrə səbəb olub.
Onun tərəfdarları hesab edirlər ki, bu addım ABŞ-nin hərbi siyasətində daha açıq və “düzgün” yanaşmanı ifadə edir.
Rəqibləri isə bildirirlər ki, bu dəyişiklik həm ABŞ-ın imicinə, həm də diplomatik münasibətlərinə mənfi təsir göstərə bilər.
Ekspertlərin fikrincə, belə bir addım Vaşinqtonun müdafiə strategiyası barədə dünyada təzadlı rəy yarada və ABŞ-nin müttəfiqləri ilə münasibətlərinə zərbə vura bilər.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xuraman Etibarlı
İnterpress.az