Pentaqonun rəhbəri Latviyaya səfər edəcəkbackend

Pentaqonun rəhbəri Latviyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun rəhbəri Lloyd Ostin gələn həftə Avropaya yola düşəcək, o cümlədən Latviyaya səfər edəcək.

Bu barədə ABŞ Müdafiə Departamenti məlumat yayıb.

Qeyd olunub ki, L.Ostin Avropa turnesinə avqustun 8-də yola düşəcək və ilk olaraq Ştutqarta (Almaniya) gedəcək.

“Daha sonra Pentaqonun rəhbəri Latviyaya gedəcək və orada yüksəksəviyyəli rəhbərlərlə görüşəcək və onlara ABŞ-ın Latviyada və bütün Baltik regionunda mövcudluğunu saxlamağa hazır olduğunu bildirəcək”, – ABŞ-ın Müdafiə Departamentindən bildirilib.