Plastik butulkalardan su hipertoniyaya səbəb olur və ürək xəstəliyi riskini artırır..
interpress.az bu barədə “Daily Mail Microplastics” jurnalında dərc olunan araşdırmanın nəticələrinə istinadən xəbər verir.
Avstriyanın Dunay Özəl Universitetinin Tibb Fakültəsinin alimləri xəbərdarlıq edirlər ki, plastik şüşələrdən içmək qan təzyiqini artıra bilər.
Məsələ qana daxil olan mikroplastiklərdir. Onlar əksər plastik şüşələrdə tapılıb.
İki həftə ərzində plastik şüşələrdən içməyi dayandıran tədqiqat iştirakçıları krandan təmizlənmiş su içiblər. Onların qan təzyiqi aşağı düşüb, bu da ürək xəstəliyi riskini azaldır.
Xuraman Etibarlı
İnterpress.az