Gürcüstanın paytaxtı Tbilisidə restoranlardan birinin yaxınlığında mübahisə zamanı bir polis əməkdaşı və bir mülki şəxs bıçaqlanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, əvvəlcə bir neçə gənc arasında qarşıdurma yaranıb, onların yanına patrul polisi gəlib və vəziyyəti yüngülləşdirməyə çalışıb, bu zaman münaqişə iştirakçılarından biri polis əməkdaşını və bir mülki şəxsi bıçaqlayıb.
Yaralılar təcili tibbi yardım vasitəsi ilə klinikaya çatdırılıblar, onların həyatları üçün təhlükə olmadığı bildirilir.
Təqsirləndirilən şəxs polis tərəfindən artıq saxlanılıb, faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq başladılıb.