Polis zabiti otaqları dəyişik salaraq səhvən 23 yaşlı pilotu GÜLLƏLƏDİ – FOTO/VİDEObackend

Polis zabiti otaqları dəyişik salaraq səhvən 23 yaşlı pilotu GÜLLƏLƏDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də polis zabiti otaqları dəyişik salaraq ABŞ Hərbi Hava Qüvvələrinin 23 yaşlı qaradərili pilotunu səhvən güllələyib.

İnterpress.az xarici mediaya istinadla xəbər verir ki, zorakılıq edən bir adamı saxlamağa gələn hüquq-mühafizə orqanının əməkdaşı qapılardan birini döyür. Qapını baş hərbçi Rocer Fortson açır. qapını döyür. Polis qışqırır və dərhal tapança ilə gəncə atəş açmağa başlayır.

Sonradan məlum olduğu kimi, asayiş keşikçisi Fortsonu cinayətkarla səhv salıb və ümumiyyətlə yanlış evə gedib.

Fortsonun rəfiqəsi həmin vaxt onunla videozəngdə olub və polis onun qapısını döyəndə pilotun nə baş verdiyindən xəbərsiz olduğunu təsdiqləyib.

İndi Twitter-də artıq insanları küçələrə çıxmağa çağırırlar, çünki pilot qaradərili, ona atəş açan isə ağdır.

Xuraman Etibarlı

İnterpress.az