Rusiya sanksiyalardan yan keçir və Türkiyə vasitəsilə Aİ-yə neft tədarük edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Nəşr yazır ki, Rusiya Federasiyası Avropa İttifaqının anti-Rusiya sanksiyalarından yan keçərək Türkiyə vasitəsilə Aİ-yə neft tədarük edir.
Qeyd olunur ki, 2023-cü ilin mayında Türkiyəyə məxsus olan Rusiya nefti daşıyan tanker Türkiyənin Ceyhan limanından Yunanıstana yola düşüb.
Bu sxem qeyri-rus kimi etiketləndiyi təqdirdə “qarışıq” yanacağın Aİ-yə idxalına imkan verən anti-Rusiya sanksiyalarında müvəqqəti həll yolu sayəsində mümkün olub.
Qeyd olunur ki, Aİ 2023-cü ilin fevralında Rusiya yanacağına qadağa tətbiq etdikdən sonra bu sxem Moskvaya ildə 3 milyard avro qazandırıb.
Xuraman Etibarlı
İnterpress.az