Polşa hakimiyyəti vətəndaşlarına səsləndi: “Radiasiyaya qarşı həblərinin kütləvi qəbulundan çəkinin”backend

Polşa hakimiyyəti vətəndaşlarına səsləndi: “Radiasiyaya qarşı həblərinin kütləvi qəbulundan çəkinin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyət vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə Polşanın Atom Enerjisi üzrə Dövlət Agentliyinin rəhbəri Lukaş Mlınarkeviç açıqlama yayıb.

O, vətəndaşlara Ukraynada baş verənlərin fonunda radiasiya təhlükəsi ilə əlaqədar kalium yodid həblərinin kütləvi qəbulundan çəkinməyi tövsiyə edib.

Polşa hökuməti vətəndaşlarını əmin edir ki, hazırda ölkə ərazisində radiasiya təhlükəsi yoxdur.

“Zaporojye atom elektrik stansiyasına hücumlar Polşa xalqına birbaşa təhlükə yaratmır. Polşa xalqının həyatı və sağlamlığı təhlükədə deyil” – deyə Lukaş Mlınarkeviç vurğulayıb.

Mənbə: TASS