Polşa və müttəfiq aviasiyasının Polşa hava məkanının pozulması ilə bağlı əməliyyatları başa çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığının bəyanatında deyilir.
Rusiya pilotsuz təyyarələrinin mümkün qəza yerlərinin axtarışı və müəyyənləşdirilməsi davam edir.
Qeyd olunur ki, Polşaya NATO və Hollandiya aviasiyası yardım edib.
Bundan əvvəl Polşa prezidenti Milli Təhlükəsizlik Bürosunda ölkənin baş nazirinin iştirakı ilə müşavirə keçirib.
Xuraman Etibarlı
İnterpress.az