Polşalı fermerlər Aİ-nin təşəbbüslərinə qarşı etiraz aksiyası keçiriblərbackend

Polşalı fermerlər Aİ-nin təşəbbüslərinə qarşı etiraz aksiyası keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə min polşalı fermer Polşanın paytaxtı Varşavanın mərkəzində etiraz aksiyası keçirib.

İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa KİV-ləri məlumat yayıb.

Nümayişçilərin əsas tələbi Avropa İttifaqının (Aİ) “Avropa Yaşıl Sövdələşmə” planından imtina etməsi idi. Bu sənədə əsasən, Aİ ölkələri 2050-ci ilə qədər sıfır xalis istixana qazı emissiyasına nail olmalıdır. Lakin fermerlərin fikrincə, plandakı bir sıra məqamlar onların fəaliyyət sahəsinə mənfi təsir göstərəcək.

Etirazçılar Polşada bu Avropa planından imtina edilib-edilməməsi ilə bağlı referendumun keçirilməsini tələb edirlər.