Prezident: “Qlobal forum dünyanı necə daha təhlükəsiz etmək yollarını müzakirə etməyə imkan verəcək”backend

Prezident: “Qlobal forum dünyanı necə daha təhlükəsiz etmək yollarını müzakirə etməyə imkan verəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya dəyişir, bəzən həll yollarını tapmağa lazım olan müxtəlif fikirlərin toqquşması baş verir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Avropadakı vəziyyəti müzakirə etmək lazımdır.

“Qlobal forum müxtəlif tərəflərin fikirlərini bir araya gətirməyə imkan verəcək. O, dünyanı necə daha təhlükəsiz etməyi, aparıcı maliyyə institutlarının rolunun nə olduğunu, o cümlədən ərzaq böhranını, ərzaq böhranı nəticəsində miqrasiyanın artması məsələsini müzakirə etməyə imkan verəcək”, – Prezident bəyan edib.

Dövlət başçısı deyib ki, bütün bu çağırışlar dəyişir, heç nə daimi deyil.