Primoryedə avtomobildən parçalanmış pələng çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Primorye bölgəsində “Razdolnoye–Xasən” yolunda yol polisi tərəfindən saxlanılan avtomobildən “Qırmızı kitab”a düşmüş pələngin parçalanmış cəsədi tapılıb.
Maşını idarə edən 39 yaşlı İqor Vladivostok sakini olub. O, qarışıq döyüş növləri ilə məşğul olur, ovçuluq və balıqçılığı sevirmiş.
Hazırda şübhəli şəxs dindirilir və pələngin baqajına necə düşdüyünü izah etməyə çalışır.
Faktla bağlı “Qırmızı kitaba daxil edilmiş heyvanların qanunsuz ovlanması və dövriyyəsi” maddəsi üzrə cinayət işi açılıb.
Primorye Prokurorluğu istintaqa nəzarət götürüb.
Xuraman Etibarlı
İnterpress.az