“Böyük Britaniyanın ən yaxın tarixində baş verən mühüm hadisələr onun adı ilə qırılmaz şəkildə bağlıdır”.
bu barədə Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniya II Elizabetin vəfatı ilə bağlı yeni kral Çarlza ünvanladığı başsağlığıda deyilir.
“Uzun onilliklər ərzində II Elizabet sevgi və hörmət, eləcə də dünya səhnəsində böyük nüfuza malik idi”, – məktubda qeyd edilir.
Qeyd edək ki, II Elizabet bu gün 96 yaşında vəfat edib.
Xatırladaq ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.