Putin Xameneidən İsrailə qarşı təmkinli olmağı və mülki itkilərdən qaçmağı xahiş edib – “Reuters”backend

Putin Xameneidən İsrailə qarşı təmkinli olmağı və mülki itkilərdən qaçmağı xahiş edib – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Xameneidən Haniyənin ölümünə təmkinlə reaksiya verməsini istəyib.

interpress.az xəbər verir ki, bu barədə İrandakı yüksək vəzifəli mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Rusiya prezidenti Putin İranın ali dini lideri Xameneidən HƏMAS Siyasi Bürosunun rəhbərinin Tehranda öldürülməsinə “təmkinlə” reaksiya verməsini istəyib və ona mülki İsrail vətəndaşlarına hücum etməkdən çəkinməyi tövsiyə edib.

Qeyd olunur ki, Putinin mesajını avqustun 5-də Tehrana səfəri zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu çatdırıb.

Eyni zamanda bildirilir ki, Tehran Moskvanın Su-35 qırıcı təyyarələrini tədarük etməkdə israrlıdır.

Bu gün səhər saatlarında Tehranın İsraillə mümkün müharibəyə hazırlıq üçün Moskvadan qabaqcıl hava hücumundan müdafiə sistemləri tələb etdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az