Putindən Ukraynadakı müharibə ilə bağlı PROQNOZ: “Müharibə yaxın həftələrdə bitməyəcək”backend

Putindən Ukraynadakı müharibə ilə bağlı PROQNOZ: “Müharibə yaxın həftələrdə bitməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin başlanmasının altı ayı hələ tamam olmasa da, hərbi əməliyyatlar Rusiyanın “daxilinə” keçib”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçılarına müraciətində müharibənin uzanacağı ilə bağlı fikirlərini dəyərləndirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Politoloqa görə, Rusiya Ukraynanı asanlıqla işğal edəcəyini düşünsə də, bu istəyinə nail ola bilmədi:

“Bir həftədən sonra Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamasının altı ayı tamam olacaq. Ukraynanı bir neçə gün ərzində ələ keçirəcəyini düşünənlər üçün altı ay fəlakət deməkdir. Üstəlik Putinin də etiraf etdiyi kimi, müharibə yaxın həftələrdə bitməyəcək. Sovet İttifaqının müdafiə naziri, marşal Dmitri Ustinov da Əfqanıstanı bir neçə həftə, ən uzağı bir aya nəzarət altına götürəcəyini vəd etmişdi. 1941-1953-ci illərdə SSRİ Xalq Silah Komissarı, 1953-1957-ci illərdə SSRİ Müdafiə Sənayesi Naziri və 1976-1984-ci illərdə müdafiə naziri olan marşal Dmitri Ustinovun ehtimalı gerçəkləşmədi.

Putin deyir ki, ABŞ münaqişənin uzanmasına çalışır. Münaqişənin uzanması “min kəsiklə ölüm” strategiyasının həyata keçməsinin təməl şərtidir. Görünür, Kremldə bunu hələ də anlamayıblar. İstisna deyil ki, məhz buna görə nüfuzlu ekspertlər Rusiya rəhbərliyini nəzərdə tutaraq son zamanlar “Kremldəki axmaqlar” ifadəsini işlətməyə başlayıblar. Müharibənin başlanmasının altı ayı hələ tamam olmasa da, hərbi əməliyyatlar Rusiyanın “daxilinə” keçib. Altı ay sonra nələr olacağını isə təsəvvür etmək çətin deyil”.