Çində qadınların yerinə körpə daşıyacaq robot hazırlanıb.
Interpress.az xəbər verir ki, Çin alimləri qadının hamiləlik prosesini tamamilə əvəz edəcək android üzərində çalışıblar.
Yeni texnologiya «mayalanmadan» doğuşa qədər bütün mərhələləri imitasiya edəcək.
Döl xüsusi hazırlanmış süni uşaqlıqda inkişaf edəcək, burada qida maddələrinin ötürülməsi üçün göbək ciyəsinin və amniotik mayenin funksiyaları təqlid olunacaq.
İlk prototiplərin 2026-cı ildə satışa çıxarılması planlaşdırılır.
Başlanğıc qiymətinin 14 min ABŞ dolları olacağı bildirilir.
Xuraman Etibarlı
Interpress.az