Qaz pulu ödəməyə gücü çatmayan fransızlar oduna keçirlərbackend

Qaz pulu ödəməyə gücü çatmayan fransızlar oduna keçirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa sakinləri qaz və elektrik enerjisinin bahalaşması fonunda daha çox odun almağa başlayıb.

Məlumata görə, ağac emalı müəssisələri tam gücü ilə işləməyə məcbur qalıblar, çünki sifarişlərin sayı xeyli artıb.

Bildirilir ki, odunun qiymətləri də son iki ildə orta hesabla 20% artıb.

Bəzi zavodlarda 1 kub odunun qiyməti 85 avro (144 manat) təşkil edir ki, bu da ötən illə müqayisədə 10 avro (16,9 manat) bahadır.

Bununla belə, odun qaz və ya elektrik enerjisindən daha ucuz başa gəlir.

Mənbə: France info