Qazaxıstanda uşaqlar Prezident Ərdoğan üçün “Dombıra” mahnısını ifa ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qazaxıstana səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı anlarla qarşılanıb.
Belə ki, azyaşlı uşaqlar Türkiyə lideri üçün qazax xalqının milli musiqi aləti olan dombıranın sədaları altında mahnı ifa ediblər.
Göstərilən yüksək diqqət və səmimiyyətdən məmnun qalan Prezident Ərdoğan uşaqlarla söhbət edərək, “Uşaqlar, salam əleykum” deyə onları salamlayıb.
Qazaxıstan və Türkiyə arasında mədəni əlaqələrin təzahürü olan bu çıxış tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.az






