Qazaxıstan prezidenti Yaponiya XİN rəhbərini QƏBUL ETDİbackend

Qazaxıstan prezidenti Yaponiya XİN rəhbərini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Yaponiyanın xarici işlər naziri Yosimasa İvayanı qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti mə\lumat yayıb.

Görüşdə iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Tərəflər ticarət-iqtisadi, investisiya və tranzit-nəqliyyat sahələrində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Xüsusi diqqət yaxın vaxtlarda Yaponiyanın Baş nazirinin Qazaxıstana rəsmi səfərinə hazırlığa yönəldilib.

Prezident Tokayev qeyd edib ki, yapon diplomatının səfəri Qazaxıstan-Yaponiya münasibətlərinə yeni impuls verəcək.

Dövlət başçısı Yaponiyanı Asiyada etibarlı və yaxın tərəfdaş adlandırıb.

Xuraman Etibarlı

İnterpress.az