Qazaxıstanda 545 nəfərə hökm oxundubackend

Qazaxıstanda 545 nəfərə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda yanvar ayında baş verən iğtişaşlarda iştirak etməkdə təqsirli bilinən 545 nəfərə hökm oxunub.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Baş Prokurorluğunun cinayət təqibi xidmətinin rəis müavini Eldos Kilimjanov açıqlayıb.

“Ümumilikdə yanvar hadisələri ilə bağlı məhkəmələrə 429 cinayət işi göndərilib. Bu işlərlə bağlı 545 nəfərə hökm oxunub. 83 nəfər isə həbs edilib”,- deyə o bildirib.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda maye qazın qiymətinin bahalaşması səbəbindən kütləvi iğtişaşlar baş verib.

İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Ölkə Prezidenti Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 232 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.