Qəbələdə ağır avtomobil qəzası baş verib.
İnterpress.az xəbər verir ki, Qaraməryəm -İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində “BMW” markalı avtomobilin sürücüsü, rayon sakini Əhməd Rəsulzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Xəsarətlər alan sürücü xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır./apa