QƏRİBƏ QƏZA: Təyyarə insanın üzərindən KEÇDİbackend

QƏRİBƏ QƏZA: Təyyarə insanın üzərindən KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada təyyarə bir şəxsin üzərindən keçib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, “Ural Hava Yolları”na məxsus təyyarə Yekaterinburq hava limanında bir şəxsin üzərindən keçib.

Texnik şassiyə baxıb və hər şeyin qaydasında olduğuna dair sənədlərə imza atıb. Başlamadan əvvəl daha bir neçə yoxlama aparmalı idi. Amma Yekaterinburq-Bişkek reysinin pilotu siqnalı gözləməyərək yola düşüb və bir nəfərin üzərindən keçib.

Zərərçəkmişin sümükləri sınıb xəstəxanadadır, lakin sağdır.

Bəzi məlumatlara görə, təyyarənin bütün heyəti uzaqlaşdırılıb. Üç saatdan sonra marşrut üzrə başqa bir təyyarə havaya qalxıb.

Xuraman Etibarlı

İnterpress.az