Qəzada nişanlısı ölən qadın da vəfat etdibackend

Qəzada nişanlısı ölən qadın da vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkidə baş verən yol qəzasında xəsarət alan qadın dörd gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

İnterpress.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Günel Göyüşova bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, 11 iyun tarixində Şəkinin Aşağı Küngüt kəndində “Mercedes-Benz” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.