Qəzzada azad edilən əsirlərdən birinin ABŞ vətəndaşı olduğu açıqlanıbbackend

Qəzzada azad edilən əsirlərdən birinin ABŞ vətəndaşı olduğu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Həmas ilə İsrail arasında əldə edilən əsir mübadiləsi razılaşması çərçivəsində dünən azad edilənlər arasında ABŞ vətəndaşının da olduğunu açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ağ Evdən dünən verilən yazılı açıqlamada tərəflər arasında əldə olunan razılaşma çərçivəsində azad edilən əsirlər arasında ABŞ vətəndaşı Liat Beinin də olduğu bildirilib.

Orta məktəb müəllimi olduğu bildirilən Beinin Qərbi Qüdsdəki “Yad Vaşem Holokost Memorial Muzeyi”ndə bələdçi kimi çalışdığı paylaşılıb.

Açıqlamada ABŞ prezidenti Co Baydenin Beinin təhlükəsizliyindən narahat olan 3 övladı və atası ilə tezliklə qovuşmaqdan məmnun olduğu qeyd edilib.
Bəyanatda o da bildirilib ki, ABŞ-ın gərgin səyləri və HƏMAS ilə İsrail arasında əldə edilən barışıqla 100-ə yaxın əsir ailələrinə qovuşdu.

Humanitar yardımın oktyabrın 7-dən bəri ilk dəfə Qəzzanın şimalına çatdığı, ABŞ-ın Qəzzalılar üçün göndərdiyi 24,5 tondan çox sağlamlıq avadanlığı və ərzaq yardımının noyabrın 28-də Misirə çatdığı bildirilib.

ABŞ prezidenti Bayden noyabrın 26-da bildirib ki, 4 yaşlı ABŞ vətəndaşı məhbus mübadiləsi sazişi çərçivəsində azad edilib.

İsrail ordusu dünən gecə blokadada olan Qəzza zolağından 10 israilli əsir qadın və uşaq və 4 Tailandın Beynəlxalq Qızıl Xaç Komitəsinin karvanına təhvil verildiyini açıqlayıb.

Digər tərəfdən HƏMAS axşam saatlarında Rusiya prezidenti Vladimir Putinin səyləri nəticəsində iki Rusiya vətəndaşı məhbusu azad etdiyini açıqlayıb.