Qəzzada bu xəstəxanada körpələrin çürümüş cəsədləri tapılıbbackend

Qəzzada bu xəstəxanada körpələrin çürümüş cəsədləri tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin mühasirəyə aldığı Qəzza zolağından zorla təxliyə etdiyi Nəsr Uşaq Xəstəxanasının reanimasiya şöbəsində çoxlu sayda körpə və uşağın çürümüş cəsədləri tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İsrail və HƏMAS arasında əldə olunan müvəqqəti atəşkəs razılaşması ilə Qəzza zolağının bombardmanı dayandırıldıqdan sonra Qəzza şəhərindəki Nəsr Uşaq Xəstəxanasına daxil olmaq mümkün olub.

Əl Məşhəd TV-nin xəbərinə görə, xəstəxananın uşaq reanimasiya şöbəsində çoxlu körpə və uşağın çürümüş cəsədləri görülüb.

İsrailin ağır bombardmanlardan sonra zorla təxliyə etdiyi xəstəxananın reanimasiya şöbəsində çoxlu körpə və uşaq qalıb. İsrail qüvvələri xəstəxanaya girməyə icazə verməyib və körpələri və uşaqları reanimasiyada ölümə buraxıb.