Qəzzanın şimalında baş verən hücumlarda azı 30 nəfər ölübbackend

Qəzzanın şimalında baş verən hücumlarda azı 30 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun blokada altında olan Qəzza zolağında yaşayış məntəqələrinə hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla azı 30 mülki şəxsin həyatını itirdiyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İsrail ordusuna aid döyüş təyyarələrinin Qəzza şəhərinin Şucaiye və Zeytun məhəllələrində bir çox evi bombaladığı bildirilib.

Sözügedən hücumlarda əksəriyyəti uşaq olmaqla ən azı 30 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu, İsrail döyüş təyyarələrinin mülki müdafiə qruplarını hədəf alması nəticəsində 2 nəfərin öldüyü, 10 nəfərin yaralandığı xəbərdə bildirilib.

Xəbərdə İsrail artilleriya birliklərinin mühasirəsində olan Zeytun rayonuna intensiv hava hücumlarının davam etdiyinə diqqət çəkilərək, Fələstin Qızıl Aypara Cəmiyyətində könüllü tibb işçisi olan 37 yaşlı Usama Tayenin hücumlarda öldüyü vurğulanıb.