Xarici agentlərə dövlətin daxili məsələlərinə burnunu soxmağa ehtiyac yoxdur.
İnterpress.az qırğız mediasına istinadla xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov bildirib.
“Qırğızıstan xarici agentlərin köməyi və məsləhəti olmadan öz təbii sərvətlərini idarə edəcək.
Ölkəmizin faydalı qazıntı yataqlarını necə və kiminlə işləyəcəyi, onları haradan təmin edəcəyi, harada və necə emal edəcəyi onların işi deyil.
Xarici agentlərin kimin maraqlarını təmsil etməsindən və kimin üçün işləməsindən asılı olmayaraq, sırf daxili gündəmə aid olan məsələlərə burnunu soxmağa ehtiyac yoxdur”, – Japarov deyib.
Xuraman Etibarlı
İnterpress.az