Qırğızıstanda Tacikistanla münaqişə nəticəsində ölənlərin sayı artıbbackend

Qırğızıstanda Tacikistanla münaqişə nəticəsində ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanla sərhəddə baş verən qarşıdurmalarda həlak olan Qırğızıstan vətəndaşlarının sayı 59-a çatıb.

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Əməliyyat məlumatlarına görə, daha 13 nəfərin cəsədi Batken vilayətinin səhiyyə müəssisələrinə daxil olub. Bölgədəki silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 59 nəfərdir”, – məlumatda bildirilib.

Qeyd edək ki, qarşı tərəfin məlumatına görə, hərbi qarşıdurma nəticəsində 38 Tacikistan vətəndaşı həlak olub.

Mənbə: TASS